|
|
Əziz və hörmətli qonaq gül-çiçəklə qarşılanır |
Azərbaycan SSR-nin KP I katibi Heydər Əliyev 1974-cü ildə “Üzvi sintez” Zavodunda istehsalatla tanış olarkən. |
|
 |
1974-cü ildə Yuyucu Vasitələr Zavodunda hərarətlə qarşılanan ölkə rəhbəri H. Əliyev əməkçilərlə səmimi söhbət etmiş, onlara
dəyərli tövsiyələr vermişdir. |
Heydər Əliyev cənabları 1974-cü ilin noyabr ayında Sumqayıt şəhərinin 25 illiyi
münasibətilə keçirilən mərasimdə çıxış edərkən. |
|
|
Respublika rəhbəri Heydər Əliyev 1978-ci il
yanvar ayının 25-də Sumqayıta gələrək “Neftkimyaavtomat” Elmi-Tədqiqat Layihə İnstitutunun fəaliyyəti ilə tanış olmuşdur. |
Heydər Əliyev 1978-ci ildə Sumqayıta gələrkən
Nəsimi adına Mədəniyyət və İstirahət Parkının abadlaşdırılması ilə bağlı öz tövsiyələrini vermişdir. |
|
 |
Ölkə başçısı Heydər Əliyev 1978-ci ildə Sumqayıtda şəhərsalmanın vəziyyəti ilə tanış olarkən. |
Heydər Əliyev və SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin I müavini V. V. Kuznetsov 1979-cu il oktyabrın 5-də Sumqayıtda kolxoz bazarına və şəhərin müxtəlif ərazilərinə baş çəkərək sakinlərlə görüşmüş, onların təkliflərini dinləmişdir. |
|
 |
Heydər Əliyev 1979-cu il oktyabrın 5-də
Sumqayıta gələrək ümumi vəziyyətlə tanış olduqdan sonra şəhər rəhbərliyinin diqqətini abadlaşdırma işlərinə və sosial məsələlərin həllinə cəlb etmişdir. |
Heydər Əliyev 1979-cu il oktyabrın 5-də
Sumqayıta gələrək ümumi vəziyyətlə tanış olduqdan sonra şəhər rəhbərliyinin diqqətini abadlaşdırma işlərinə və sosial məsələlərin həllinə cəlb etmişdir. |
| |
|
|
|
Heydər Əliyev və digər rəsmi qonaqlar 1979-cu il oktyabrın 5-də Sumqayıt Boru-Prokat Zavodunun əməkçiləri ilə görüşərkən. |
Heydər Əliyev və digər qonaqlar 1979-cu il oktyabr 5-də Sumqayıtda şəkil qalereyasında olmuşlar. |
|
 |
Heydər Əliyev və digər qonaqlar
1979-cu il oktyabr 5-də Sumqayıtda
şəkil qalereyasında olmuşlar. |
Heydər Əliyev 1981-ci il aprelin 8-də Sumqayıta gələrkən şəhər Şahmat Məktəbində olmuş, yeniyetmələrlə söhbət etmişdir. |
|
|
Respublika rəhbəri Heydər Əliyev 1981-ci il aprelin 8-də Sumqayıt Xovlu İplik Fabrikində məhsulların keyfiyyəti və istehsal avadanlıqları ilə tanış olmuş, istehsalın təkmilləşdirilməsinə dair dəyərli tövsiyələr vermişdir. |
Heydər Əliyev 1981-ci il aprel ayında Sumqayıta gələrkən şəhərin istirahət zonasında olmuş, öz tövsiyə və tapşırıqlarını vermişdir. |
|
 |
Heydər Əliyev Sosialist Əməyi Qəhrəmanı
Zəminə Həsənova ilə söhbət edərkən. |
Heydər Əliyev 1981-ci ildə Sumqayıtın iri panellərdən evtikmə kombinatında olmuşdur. |
|
|
Heydər Əliyev “Üzvi sintez” Zavodunda.
8 aprel 1981 – ci il. |
Heydər Əliyev 1981-ci ildə Üst Trikotaj Fabrikində olarkən burada işin gedişi ilə yaxından tanış olmuşdur. |
 |
|
Heydər Əliyev Üst Trikotaj Fabrikinin yarış
qalibini təbrik edərkən. 8 aprel 1981-ci il.
|
Heydər Əliyev Sumqayıtda yenicə istifadəyə verilmiş “Aygün” şadlıq evi ilə tanış olarkən. |
|
|
1982-ci il martın 22-də H. Ərəblinski adına Sumqayıt Musiqili Dövlət Dram Teatrının yaradıcı kollektivi Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” əsərini tamaşaya qoymuşdur. Heydər Əliyev tamaşaya baxdıqdan sonra aktyorlarla birgə şəkil çəkdirmişdir. |
Müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyənin “Teletaş” firması tərəfindən Sumqayıtda quraşdırılan avtomat telefon stansiyasının açılış mərasimində çıxış edərkən.28 dekabr 1993-cü il.
|
|
|
Müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin inkişaf proqramının rəhbəri Ceyms Spet və BMT-nin prezident əlaqələndiricisi Paolo Lembo “Azərbaycan Respublikasında insanın inkişaf haqqında” kitabın təqdimat mərasimində. iyun 1996-ci il. |
Müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin İnkişaf Proqramının rəhbəri Ceyms Spet və respublikamızda BMT-nin prezidenti Paolo Lembo ilə birlikdə Nəsimi adına Mədəniyyət və İstirahət Parkında. Iyun 1996- ci il. |
|
|
Müstəqil Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev Sumqayıtın EP-300 zavodunda buxar -generator qurğusunun təməlini qoyarkən.
24 mart 1999-cu il. |
Müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev EP-300 Zavodunda buxar-generator qurğusunun açılış mərasimində qırmızı lenti kəsir. 7 iyul 2001-ci il. |