III Ümumrespublika Kitab bayramı
Sumqayıt şəhərində Nizami meydanında III Ümumrespublika Kitab bayramı keçirilmişdir. Tədbirdə mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhər ziyalıları, mədəniyyət müəssisələrinin əməkdaşları və çoxlu sayda qonaqlar iştirak etmişlər.
Qonaqlar və bayram iştirakçıları “Dünya şöhrətli siyasətçi - Heydər Əliyev”, “Minilliklərdən gələn sorağımız”, “Qarabağ qan yaddaşımız”, ”Yüksələn iqtisadiyyatımız”, “Heydər Əliyev və milli mədəniyyətimiz”, ”Mənim doğma şəhərim – Sumqayıt”, ”Bədii sözün işığında”, ”Şifahi xalq yaradıcılığı”, “Klassik ədəbiyyat”, ”Müasir Azərbaycan ədəbiyyatı”, ”Dünya ədəbiyyatı”, “Məlumat nəşrləri”, “Balalara hədiyyə”, ”Təbiət, ekologiya və biz”, ”Yeni nəşrlər” və digər sərgilərlə yaxından tanış olmuşlar.
Kitab bayramında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin kitaba, kitabxanalara dair müdrik kəlamları, fikirləri, habelə ulu öndərə həsr olunmuş şeirlər məktəblilərin çıxışlarında səslənmişdir.
Bayram şənliyində müxtəlif maraqlı kitabların maketləri nümayiş etdirilmiş, Dədə Qorqud və Nizami obrazlarının dili ilə iştirakçılara kitaba, biliyə, elmə, vətənə sevgi hissləri aşılanmış, nağıl qəhrəmanlarının obrazları məktəblilərin iştirakı ilə canlandırılmışdır.
Tədbir mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam etmişdir.
Kitab bayramında ilk dəfə olaraq kitab satışı təşkil olunmuşdur.
 |
 |
Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev
Sumqayıt şəhərində keçirilən III Kitab bayramında
|
Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev
Sumqayıt şəhərində keçirilən III Kitab bayramında aktual kitabların maketi ilə tanış olur. |
 |
 |
Sumqayıt şəhərində keçirilən III Kitab bayramında
|
El atası Dədə Qorqud obrazlarda
(Sumqayıt şəhərində keçirilən III Kitab bayramı) |
 |
 |
Balaca fidanlar nağıl qəhrəmanlarını canlandırır (Sumqayıt şəhərində keçirilən III Kitab bayramı) |
Muğam üçlüyü (Sumqayıt şəhərində keçirilən III Kitab bayramı) |