 |
Respublikamız müstəqillik qazandıqdan sonra ətraf mühitin mühafizəsi ilə əlaqədar müxtəlif illərdə neçə-neçə qanunlar imzalandı. Bundan başqa 2010-cu il ölkəmizdə ekologiya ili elan edilmişdir. Bütün bunlar onu göstərir ki, dövlət təbiətdən istifadə məsələsinə nəzarəti gücləndirməyi, əhalinin ekoloji tərbiyəsini diqqət mərkəzində saxlamağı zəruri sayır.
İnsan sudan, torpaqdan, havadan, günəş işığından və s. istifadə edir. Ağaclar bizi oksigenlə, dənizlər, göllər, çaylar su ilə, balıqlarla təmin edir.
Düşünmədən hara gəldi atılan zibillər, fabrik və zavodların çirkli su və tüstüləri havanı, gölləri, çayları, dənizləri çirkləndirir. Onlar da öz növbəsində insanın sağlamlığına zərər vururlar. Ağacların kəsilməsi, meşə yanğınları oksigen ehtiyatını azaldır, insanların tənəffüsü çətinləşir.
İndi ki, bizi əhatə edən çevrəmiz bizim üçün bu qədər həyati əhəmiyyət daşıyır, deməli onların qədrini bilmək lazımdır, onların təmizliyinə laqeyd qalmaq, əhəmiyyət verməmək nankorluqdur. Biz çevrəmizi qorusaq, onu zibilləməsək, dənizləri, gölləri, çayları çirkabla murdarlamasaq, meşələri yanğından, gərəksiz yerə qırılıb tökülməkdən, zibillənməkdən qorumasaq, Allahın bizə verdiyi nemətlərə nankorluq etmiş olar, üstəlik sağlamlığımızı da təhlükə altında qoymuş olarıq.
Ona görə də insanlar oturub-durduqları, gəzib-dolaşdıqları yerləri,
küçələri, yolları, hamının müştərək istifadə etdiyi hər bir şeyi -mal və
əşyanı, xüsusilə suları, torpağı, küçəni, həyəti təmiz saxlamalıdır.
Heyvanlar insanların ərzaqa olan ehtiyaclarını ödədikləri kimi, təbiətdə gedən təmizlik prosesində də iştirak edirlər. Məsələn, vəhşi heyvanlar sürüdəki xəstə və zəif olan digər heyvanları ovlayıb yeməklə bir çox yoluxucu xəstəliklərin qarşısını alırlar. Həşəratlar torpağı, bitki qatını xəstəliklərdən qoruyurlar və.s.
Ətraf mühitin təmizliyindən danışarkən günümüzün çox hissəsini keçirdiyimiz, bizim üçün əziz olan, gələcəyimizin təminatçısı olan sevimli məktəbimizin, sinifimizin təmizliyini xatırlamadan keçə bilmərik. Yemək qırıntılarını, cırıb tökdüyümüz kagız parçalarını, ayağımıza bulaşan palçığı, tozu, torpağı təmizləməli, üstəlik, şüşələri sındırmaqdan, partaları, divarları, qapıları cızıb-yazmaqdan qorumalıyıq. Çünki, bunlar bizim ümumi malımızdır və onları təmiz saxlamaqla bizdən başqa daha neçə- neçə insanların da onlardan istifadə etməsinə yardım etmiş oluruq.
Ekologiya sahəsinə dair çəkilmiş rəsm əsərlərini Sizlərə təqdim edirik:
 |
 |
İldırımlı Xəyalənin əl işi |
İldırımlı Xəyalənin əl işi |
|
|
Rəhimli Günelin əl işi |
İmanov Elmanın (kənd həyatı) |
 |
Talıbova Nailə (Təbiət peyzajı) |
Görkəmli şəxslər ekologiya, təbiət haqqında
Təbiət Allah tərəfindən yaradılıbdır. Onu qorumaq isə bizim müqəddəs vəzifəmizdir.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
Biz iqtisadi cəhətdən möhkəmlənmişik. Azərbaycanın uğurlu iqtisadi inkişafı artıq gerçəkdir, faktdır və gələcəkdə bizə böyük imkanlar gətirəcəkdir. Ancaq insanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su - bütün bunlara biz çox böyük diqqət göstərməliyik.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
İnsan özü-özünün keşikçisi olmalıdır. Əks təqdirdə heç bir başqa canlı onun harayına çatmayacaq. Ona görə də təşvişsiz, haraysız həyəcan təbili çalmaq lazımdır və bu təbili heç yerdən asmaq lazım deyil.
O, müasir insanın ürəyidir.
` Həsən Əliyev, akdemik
Təbiət elminin əsas məsələlərindən başı çıxan insan baxılan problemlərə dair asılılıq olmadan, ideyalar yaratmaq iqtidarında ola bilər.
Nəsirəddin Tusi
Torpaqdan nemətlər götürməklə yanaşı onu becərmək, ona nəvaziş göstərmək də gərəkdir.
Xətib Təbrizi
Böyük bir ağaca mişar çəkmə sən
Zöhhak bunun üçün düşdü təxtindən
Nizami Gəncəvi
Yamyaşıl meşəsi cənnətə bənzər,
Şən ətəklərinə bağlanmış kövsər
Nizami Gəncəvi
Allah insanı təbiəti sevmək üçün yaratmışdır.
“Avesta”dan
Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr,
Ceyran qaçar, cüyür mələr.
Nə çoxdur oylağın sənin,
Aranın, yaylağın sənin...
Səməd Vurğun
Zülmət gecələrdə parlayan şimşək ,
Yol üstə göz qırpan mayak deyilmi?
Gəlin təbiəti biz də düşünək,
O özü hər şeyi düşünən kimi.
Hüseyn Arif
Həm yerin, həm göyün sirrini aşkar,
Oxudum bir gülün ləçəklərindən.
Böcəklər, çiçəklər, güllər, arılar,
Kim deyir ayrıdır bir-birindən.
Eşqdir yaşadan təbiəti də
Çiçəklər torpağın min bir rəngidir,
Böcəklə çiçəyin məhəbbəti də
Ana təbiətin öz ahəngidir.
Bəxtiyar Vahabzadə
Gözü intizarda hər axşam-səhər
Təbiət haqq-hesab istəyir bizdən
Bu gün bacalardan çıxan tüstülər
Sabah çıxacaqdır əsəbimizdən
Tofiq Mütəllibov |
 |