KİTABXANA


AZƏRBAYCAN

DAHİLƏR


1949 –cu  ildə  Azərbaycanın  coğrafi  xəritəsinə    şəhər  kimi  Sumqayıtın  da  adı  yazıldı. Yarandığı  gündən  Sumqayıt  həm də  elm,  maarif,  mədəniyyət  və  istirahət  mərkəzi  kimi  inkişaf  edir,  böyüyür,  ölkənin  hər  yerindən  buraya  işləmək  üçün  gələn, öz halal zəhmətinə və  xoş  gələcəyinə  inanan  insanların   hesabına  əhalisinin  sayı  durmadan  artırdı. Bu  baxımdan  qeyd  etmək  istərdim ki,  Sumqayıtda  ilk  kütləvi  kitabxananın   təşkili  doğma  şəhərimizin  yaranması  ilə  eyni  vaxta  düşür.
1953 –cü ildən   uşaq  kitabxanası – indiki  Sumqayıt şəhər Mərkəzləşdirilmiş Ktabxana  Sisteminin 12 saylı uşaq kitabxana-filialı fəaliyyətə başladı.
Sumqayıt şəhər Uşaq Kitabxanasının sahəsi 164 m2-dir. Fondu 38349, oxusu 2421, kitab verilişi 50186 nüsxədir. Kitabxanada oxuculara kömək məqsədilə əlifba və sistemli kataloqlar, mövzu və ölkəşünaslıq kartotekaları tərtib edilmişdir.
Kitabxananın əsas məqsədi şəhərimizin uşaq oxucularına mədəni xidmət işini həyata keçirməkdən ibarətdir. Kitabxanadan məktəbəqədər yaşlı uşaqlar, ümumtəhsil məktəblərinin şagirdləri istifadə edirlər.
Kitabxanada oxuculara xidmət işi oxu zalı, abonement  və elektron informasiya xidməti şöbəsi vasitəsilə həyata keçirilir.
Kitabxanada kitab müzakirələri, səhərciklər, viktorinalar, müsabiqələr, mövzu gecəsi, görüşlər  təşkil edilir. Kitabxana 20, 21 saylı uşaq bağçaları, 1, 2, 8, 9, 10, 11, 12, 16, 18, 38 saylı məktəblər, şəhər mədəniyyət evi ilə sıx əlaqədə işləyir. Uşaqlarla müxtəlif yaradıcılıq məşğələləri, oyunlar keçirilir.
Yaxşı işinə görə  12 saylı uşaq kitabxana-filialının  kollektivi dəfələrlə  Mərkəzləşdirilmiş Kitabxana Sisteminə  daxil olan  kitabxanalar arasında keçirilən müsabiqələrdə qalib gəlmiş,   “İlin ən yaxşı  uşaq kitabxana-filialı”  nominasiyasına və  Fəxri fərmanlara  layiq görülmüşdür.

Kitabxanadan istifadə qaydaları
Kitabxanaya  uşaqların yazılışı valideynlərinin şəxsiyyət vəsiqəsi və  uşağın doğum haqqında şəhadətnaməsi ilə həyata keçirilir. Kitabxanaçı ilk dəfə kitabxanaya yazılan oxucunu kitabxana qaydaları ilə məlumatlandırır.
Abonement şöbəsindən yalnız kitabxana yaxın ərazidə  yaşayan uşaqlara evə oxumaq üçün 10 gün müddətinə kitab verilir. 10 gün müddətində oxunmuş kitablar yenidən kitabxanaya gətirilərək vaxtı uzadıla və ya yenisi ilə əvəz oluna bilər.
Oxu zalından bütün oxucular istifadə edə bilər. İstədikləri hər bir materialın surətini ala bilərlər. Kitabxanada oxucuların istifadəsi üçün internet otağı fəaliyyət göstərir.

Əlaqə
Kitabxananın ünvanı:
Sumqayıt şəhəri, “Azərbaycan” prospekti, ev 6
Iş  saatı 1000 – 1800
Cümə axşamı 1000 - 1600
İstirahət günü – Cümə
Hər ayın axırıncı günü təmizlik günüdür
Tel.   (018) 645-66-12
E-mail: sumlib12@gmail.com

     

© Copyright 2010 - Sumqayıt şəhər Uşaq Kitabxanası